• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Ərdoğan Qətərə səfər edəcək

DÜNYA

05 Dekabr 2021 | 22:11

Ərdoğan Qətərə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərdə səfərdə olacaq.

Bakıvaxtı.az-ın Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən məlumatına görə, R.T.Ərdoğan sabah Dohada başlanacaq Türkiyə-Qətər 7-ci Yüksək Səviyyəli Strateji Şuranın toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Türkiyə-Qətər əlaqələri müzakirə ediləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlarla bağlı danışıq aparılacaq.
Şuranın iclasında ikitərəfli əlaqələrin inkişafı üçün qəbul ediləcək müqavilələrin də gündəlikdə yer alacağı bildirilir.
Görüşlərdə regional və beynəlxalq məsələlər də müzakirə olunacaq. (Apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026