• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Daha 185 nəfər koronavirusun qurbanı oldu - Türkiyədə

DÜNYA

05 Dekabr 2021 | 22:33

Daha 185 nəfər koronavirusun qurbanı oldu - Türkiyədə

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 185 nəfər dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 353 937 nəfərin test edildiyi, 19 357 nəfərin testinin pozitiv nəticə verdiyi, 24 278 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 910 438 peyvənd tətbiq edilib ki, bunun 90,82 faizi birinci, 81,61 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR