“Paşinyan hökumətin iclasında qeyd edib ki, 2021-ci ilin may ayından bəri Rusiyanın sərhədlərin demarkasiyası və demilitasiyası ilə bağlı üç təklif verib. O, bu təkliflərin Ermənistan üçün məqbul olduğunu bildirib”.
Bunu Bakıvaxtı.az Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərov bildirib.
Onun sözlərinə görə, Rusiya bir neçə dəfə deyib ki, Azərbaycanla Ermənistan arasındakı sərhədlərlə bağlı xəritələr Rusiya Müdafiə Nazirliyin qərargahındadır. Bu texniki səbəbdir. Digər tərəfdən, mövcud siyasi perspektivdə baxdığımız zaman 10 noybar 2020-ci il tarixində imzalanmış üçtərəfli müqavilənin təminatçılarından biri kimi bu prosesdə fəal iştirak etmək istəyir.
Bu işin texniki və siyasi tərəfləri ilə yanaşı geostrateji tərəfi də var. O mənada Rusiya Cənubi Qafqazda gedən proseslərdə öz fəal rolunu davam etdirməyə çalışır və bu çərçivədə proseslərdə fəal rol oynamağı da çox maraqlıdı.
Rusiya sərhədlərlə bağlı təklif etdiyi komissiyaya Azərbaycan yox deməyib. Azərbaycan tərəfinin şübhəsiz ki, müəyyən təklifləri və rezervləri var. Mətbuatı diqqətlə izləyəndə bəlli olur ki, paytaxtlarda üç xəritə müzakirə olunur. Söhbət ötən əsrin 20-ci illərinin xəritəsindən, 70-ci illərinin xəritəsindən və 1991-ci ilin xəritəsindən gedir.
Bütün SSRİ xəritələrində Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq göstərilir. SSRİ xəritələrində davamlı olaraq Azərbaycan Ermənistanın lehinə torpaq itirib. Ona görə də bu xəritələr eyni zamanda Azərbaycanın itirilən torpaqlarının geri alınması mənasında da mühüm əhəmiyyət kəsb edir”.
Ramid İbrahimov
















