• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan, Rusiya və Ermənistan baş prokurorları arasında görüş oldu

CƏMİYYƏT

08 Dekabr 2022 | 13:52

Azərbaycan, Rusiya və Ermənistan baş prokurorları arasında görüş oldu

Baş prokuror Kamran Əliyevin Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.

Bu barədə Bakıvaxtı.az-a  Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Kamran Əliyev mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesinin davam etdirilməsinin yolverilməzliyini qeyd edib.

Baş prokuror Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.

1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.

Eyni zamanda, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğu bildirib.

Görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq mexanizmləri müzakirə edilib.


Azərbaycan, Rusiya və Ermənistan baş prokurorları arasında görüş olduAzərbaycan, Rusiya və Ermənistan baş prokurorları arasında görüş oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026