“Son zamanlar erməni təxribatı müşahidə olunur və bu, gözlənilən idi”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında analitik Turab Rzayev deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan sülhə yaxınlaşdıqca bunun alınmaması üçün ciddi səy göstərən qüvvələr daha çox fəallaşacaqlar: “Xüsusilə Rusiyanı qeyd etmək istəyirəm. Rusiya maksimum çalışır ki, bölgədə sülh olmasın və bununla da öz varlığını uzun müddət burada südürsün”.

Turab Rzayev, analitik
T.Rzayev qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi fonunda Moskvanın narahatlığı hiss olunur. Bu təxribatların arxasında da Rusiyaya bağlı olan separatçılar, Qarabağ klanı var: “Amma istənilən halda sühə doğru yaxınlaşmışıq. Hesab edirəm ki, təxribatlar olmasa, Paşinyan ciddi təhdidlərlə üzləşməsə, Brüsseldə sülhü əldə edə bilərik”. Brüssel görüşlərinin həmişə pozitiv məqamlarla yadda qaldığını deyən analitikin sözlərinə görə, Vaşinqton formatında da görüş baş tutacaq. “Brüssellə yanaşı bu görüşdən də gözlənilər var. Bu baxımdan təxribatların olacağı çox ehtimal olunur. Azərbaycan istənilən halda bu görüşlərdən maksimum yararlanır və təxribatlara cavab vermək əzmindədir”, - deyə Turab Rzayev vurğulayıb.
Cavad
















