• Bakı 24° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Azərbaycan və Pakistan korrupsiyaya qarşı mübarizə üzrə Memorandum imzalayacaq

SİYASƏT

20 May 2025 | 14:40

Azərbaycan və Pakistan korrupsiyaya qarşı mübarizə üzrə Memorandum imzalayacaq

Pakistan Azərbaycanla korrupsiyaya qarşı mübarizə sahəsində Anlaşma Memorandumu imzalamağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın Milli Hesabatlılıq Bürosunun sədr müavini Sohail Nasir jurnalistlərə bildirib.

"Pakistan Azərbaycanla Anlaşma Memorandumu imzalamağa hazırdır, çünki biz korrupsiyaya qarşı mübarizədə birgə irəliləməliyik", - o qeyd edib.

Sədr müavininin sözlərinə görə, sənədin imzalanması tərəflərə seminarlar, təlim proqramı, birgə təlim təşkil etməyə imkan verəcək.

S.Nasir hesab edir ki, Azərbaycan və Pakistan bu cür əməkdaşlıqdan fayda əldə edəcək.


SON XƏBƏRLƏR

17 Iyun 2025