• Bakı C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.7488

    RUB - 1.6559

Yaşıl enerji koridoru layihəsinə qoşulmaq istəyən yeni ölkələr var - Bayramov

SİYASƏT

16 Yanvar 2025 | 17:16

Yaşıl enerji koridoru layihəsinə qoşulmaq istəyən yeni ölkələr var - Bayramov

Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın birgə həyata keçirdiyi yaşıl enerji koridoru layihəsinə qoşulmaq istəyən yeni ölkələr var.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

XİN başçısı vurğulayıb ki, daha geniş coğrafiyanın geoiqtisadi və enerji coğrafiyasının dəyişməsində Azərbaycan və Gürcüstan böyük rol oynayıb:

“Bakı-Tbilisi-Qarsın yükdaşıma qabiliyyətinin 1 milyondan 5 milyon tona artırılması onun rəqabət qabiliyyətinin artırılmasında böyük əhəmiyyət daşıyır. Həmçinin hazırda icra səviyyəsində olan bir sıra layihələr də var. Onlar sırasında 2022-ci ildə icrasına başlanan və potensial qlobal layihə olan yeni yaşıl enerji koridorunun formalaşması böyük rol oynayır. Onun ilkin icraçıları sırasında Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya yer alır. Ancaq qoşulmaq istəyən başqa ölkələr də var”.


SON XƏBƏRLƏR