• Bakı C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.7488

    RUB - 1.6559

Tramp-Putin görüşü Bakıda ola bilər? - Məhz indiki dövrdə belə bir təmasın...

SİYASƏT

16 Yanvar 2025 | 17:47

Tramp-Putin görüşü Bakıda ola bilər? - Məhz indiki dövrdə belə bir təmasın...

“ABŞ-nin yeni prezidenti Donald Tramp seçki kampaniyasını Rusiya-Ukrayna müharibəsi üzərinə qurmuşdu”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, Tramp seçki kampaniyasında iddia edirdi ki, o, Rusiya-Ukrayna müharibəsini qurtaracaq yeganə liderdir. İndi də buna çalışdığını göstərir.

Müahibimizə görə, digər tərəfdən artıq Rusiya rəhbərliyi də Trampla görüşə isti yanaşır:

“Çünki Rusiya Ukrayna cəbhəsində ciddi itkilər verməkdə, qan itirməkdədir. Ukrayna Rusiyanın arxa cəbhəsini bombardman edir. Sanksiyaya məruz qaldıqca Rusiya da zəifləyir, silahları azalır. İtkilərin çox olması hansısa formada Rusiyanı da danışıqlara getməyə məcbur edir. Rusiya çalışır ki, sanksiyalar yumşalsın, iqtisadiyyatı aradan qaldırılsın. Tramp bu gedişlə həm də sülhsevər olduğunu, onun dövründə müharibələr olmayacağını göstərmək istəyir”.

Politoloq qeyd edib ki. ancaq Tramp-Putin görüşünün baş tutması dərhal sülhün olacağı, münaqişələrin olmayacağı anlamına gəlmir. Dediyinə görə, Tramp həm Moskvaya, həm də Kiyevə təzyiq göstərməlidir ki, tərəflər sülhə yaxın gəlsin:

“ABŞ prezidenti artıq ilk siqnallarını verməkdədir. Deyir ki, əgər Kreml sülhə yanaşmasa, Ukraynaya uzunmənzilli raketlər verilə bilər".

Analitik vurğulayıb ki, Tramp-Putin görüşü fərqli ölkələrdə, şəhərlərdə ola bilər:

"Sovet dövründə ABŞ və Rusiya arasında ənənəvi görüşlər ya Avstriyada, ya da İsveçrədə olub. Çünki bu iki ölkə özlərini neytral dövlət kimi elan etmişdilər. İsveçrə liderlərin görüşü üçün yenidən öz təklifini verib. İstanbulun da adı çox hallanır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həm Vladimir Putinlə, həm də Donald Trampla çox yaxşı əlaqələrə, münasibətlərə sahibdir”.

Turab Rzayev: Bu, Azərbaycanın beynəlxalq səhnəyə çıxması baxımından bizim üçün uğurlu olardı

İki liderin görüşünün keçiriləcəyi yer kimi Bakının da adı çəkilir. Amma həmsöhbətimiz indiki halda bunu inandırıcı görmür:

“Əlbəttə, Tramp-Putin görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səhnəyə çıxması baxımından bizim üçün uğurlu olardı. Ancaq məhz indiki dövrdə belə bir təmasın Bakıda reallaşması uyğun olmazdı. Nəzərə alaq ki, Rusiya ilə hələ təyyarə qəzası ilə bağlı gərginlik qalmaqdadır. Rusiya üzrxahlıq etsə də, hələlik təzminat və digər məsələlər həllini tapmayıb. Ona görə də görüş böyük ehtimalla Avropa ölkələrində, yaxud Türkiyədə baş tutacaq".

Aydın Baxış


SON XƏBƏRLƏR