• Bakı C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.7488

    RUB - 1.6559

Yaponiya NATO yanında daimi nümayəndəlik açıb

DÜNYA

16 Yanvar 2025 | 15:07

Yaponiya NATO yanında daimi nümayəndəlik açıb

Yaponiya NATO yanında ayrıca daimi nümayəndəlik açıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əvvəllər nümayəndəliyin funksiyalarını Yaponiyanın Belçikadakı səfirliyi yerinə yetirirdi.

"Yaponiya və NATO fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşlardır. Yaponiya ilə NATO arasındakı münasibətlər son illərdə inkişaf edib", - nazirliyin məlumatında bildirilib.

Alyans yanında daimi nümayəndə vəzifəsinə Seneqaldakı keçmiş səfir Osamu İzava təyin edilib.


SON XƏBƏRLƏR