• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Şəmkirdə oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

CƏMİYYƏT

16 Yanvar 2025 | 19:10 | Müəllif: Subhan Mahmudov

Şəmkirdə oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Şəmkirdə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakinlərinə məxsus, dəyəri 2 000 manatdan çox olan 6 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 37 yaşlı E.Tağıyev, 58 yaşlı D.Məmmədov, 39 yaşlı Z.Abdullayev və 36 yaşlı T.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR