• Bakı C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.7488

    RUB - 1.6559

Gürcüstanla Azərbaycan arasında hökumətlərarası komissiyasının 10-cu yubiley görüşü Bakıda keçiriləcək

SİYASƏT

16 Yanvar 2025 | 17:11

Gürcüstanla Azərbaycan arasında hökumətlərarası komissiyasının 10-cu yubiley görüşü Bakıda keçiriləcək

Gürcüstan Baş nazirinin sabah Bakıya səfəri çərivəsində hökumətlərarası komissiyanın 10-cu yubiley görüşü keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

“Tarixi kəsimdə hər iki ölkə üçün çox çətin, mürəkkəb dövrlər olub. Ancaq Azərbaycan və Gürcüstan münasibətlərini səciyyələndirən amillər mehriban qonşuluq və dostluqdan ibarət olub. Bu gün Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli dialoq ən yüksək səviyyədədir”,-o qeyd edib.


SON XƏBƏRLƏR