Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreya Pezidenti Yun Sok Yolun həbsinin qanuni olduğuna qərar verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Məhkəmə dövlət başçısının bütün iddialarını rədd edib.
Qeyd edək ki, bundan öncə prezidentin həbs olunması barədə məlumat yayılmışdı.