• Bakı C

    8.67 m/s

İran Livanın iki təyyarəsinin Tehrana enməsinə icazə verməyib

DÜNYA

15 Fevral 2025 | 17:34

İran Livanın iki təyyarəsinin Tehrana enməsinə icazə verməyib

 İran Livandan uçan “Middle East Airlines” şirkətinə məxsus iki təyyarənin Tehranın beynəlxalq hava limanında eniş etməsinə icazə verməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livanın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, təyyarələr İrandakı bir qrup Livan vətəndaşını ölkəyə gətirmək üçün uçubmuş.

Baş İdarədən bildirilib ki, Livanın iki sərnişin təyyarəsinin Tehrana enməsinə İran hakimiyyəti icazə verməyib.

Tehranın Beyrutdakı səfiri Moctaba Amani bildirib ki, Livan təyyarələrinin İran paytaxtına enməsi yalnız İslam Respublikasına məxsus hava gəmilərinin Beyruta uçmasına icazə veriləcəyi təqdirdə mümkün olacaq.


SON XƏBƏRLƏR

18 Fevral 2025