ABŞ-də Tramp administrasiyası ölkənin Energetika Nazirliyində aparılan ixtisarlar çərçivəsində Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (NNSA) 300-400 əməkdaşını işdən çıxarıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, işdən çıxarılanlar arasında nüvə silahlarının istehsal edildiyi obyektlərdə çalışan, podratçıların fəaliyyətinə nəzarət edən və silahlanmanı yoxlayan mütəxəssislər var.
Həmçinin istehsalçılar üçün tələblər və təlimatlar hazırlayan mərkəzi ofis əməkdaşları da ixtisara düşüb.