56 yaşlı deputat Rosen Jelyazkov Bolqarıstanın yeni Baş naziri seçilib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə səsvermə zamanı 125 deputat onun lehinə, 14-ü isə əleyhinə səs verib.
Debat və səsvermədə ölkə Prezidenti Rumen Radev, Patriarx və Sofiya Mitropoliti Daniel, diplomatik korpusun nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.
Dövlət başçısı yeni hökumətin seçilməsini alqışlayıb, uğurlu iş arzulayıb.