• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İlon Maskın 13 övladı doğulub

DÜNYA

15 Fevral 2025 | 16:09 | Müəllif: Gülşən Şərif

İlon Maskın 13 övladı doğulub

Məşhur milyarder İlon Mask 13-cü dəfə ata olub.

Bakıvaxtı.az xəbər verir ki, yazıçı Eşli Sent Kler Maskdan övlad dünyaya gətirib. O, uşağın 5 ay əvvəl doğulduğunu, amma bunu gizlətdiyini bildirib.

"Bunu övladımızın məxfiliyini və təhlükəsizliyini qorumaq üçün açıqlamadım. Mediadan xahiş edirəm ki, övladımızın şəxsi həyatına hörmət etsinlər və müdaxilə xəbərlərindən çəkinsinlər" deyə, Eşli söyləyib.

İlon Mask 13-cü övladı ilə bağlı məlumatı nə təkzib, nə də təsdiq edib.

Qeyd edək ki, milyarderin Castin Uilsonla ilk evliliyindən altı, ən kiçiyi bir yaşında olan Siobhan Zilisdən üç, 2021-ci ildə ayrıldığı müğənni Qraymsdan üç övladı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026