• Bakı C

    8.67 m/s

Tramp Ukraynaya ikiqat zərbə vurdu - “Financial Times”

DÜNYA

15 Fevral 2025 | 16:27

Tramp Ukraynaya ikiqat zərbə vurdu - “Financial Times”

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlara başlamaq və Kiyevin NATO-ya üzvlüyünü rədd etməklə Ukraynaya ikiqat zərbə vurdu.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) nəşri yazır.

Mənbə Trampın Putinlə birbaşa danışıqlar və görüş barədə razılaşmasının Ukrayna üçün ağır zərbə olduğunu vurğulayır.

Britaniya nəşri xatırladır ki, Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin müttəfiqlərinə Ukraynanın ərazi bütövlüyünün bərpasının illüziya olduğunu və Kiyevin NATO-ya qoşulmayacağını bildirib.

Putinlə Tramp arasında fevralın 12-də telefon danışığı olub. Söhbət 1.5 saata yaxın davam edib. Söhbət zamanı Rusiya və ABŞ prezidentləri Ukrayna böhranının tezliklə həlli üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR

18 Fevral 2025