• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda 22 yaşlı qızı vəhşicəsinə döydülər

HADİSƏ

23 Noyabr 2021 | 22:56

Azərbaycanda 22 yaşlı qızı vəhşicəsinə döydülər

Xaçmaz rayonunda döyülmə hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Belə ki, Xaçmazın N.Nərimanov küçəsi, bina 70A ünvanında yaşayan, 1999-cu təvəllüdlü Əzimova Xanım Kənan qızı kafedə tanımadığı şəxs tərəfindən döyülüb.

X.Əzimova Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona burun sümüyünün qapalı sınığı, döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026