• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

11 ədəd dovşan ovlayan şəxsi saxlanıldı

HADİSƏ

23 Dekabr 2021 | 11:08

11 ədəd dovşan ovlayan şəxsi saxlanıldı

İmişli polisi 11 ədəd dovşan ovlayan şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Araşdırmalarla onun Cavadxanlı kənd sakini Zəngibar Soltanov olduğunu müəyyən edilib.

Həmin şəxsdən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, qanunsuz olaraq ovladığı 11 ədəd dovşan və bir ədəd porsuq aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026