• Bakı 23° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Rasim Quliyevə HÖKM OXUNDU

HADİSƏ

23 Dekabr 2021 | 15:34 | Müəllif: Qalib İbrahimoğlu

Rasim Quliyevə HÖKM OXUNDU

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R. Quliyev son sözlə çıxış edib.

R. Quliyev son sözündə ittihamlarla razı olmadığını, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib: "Bu işdə bir zərərçəkən var, o da mənəm və ailəmdir".

Daha sonra prosesdə hökm elan olunub.

Hakimlər kollegiyasının qərarı ilə R. Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, R. Quliyev 1 il 6 ay rəhbər və maddi məsul vəzifə tuta bilməz.

Xatırladaq ki, prokuror çıxışında R. Quliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026