• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Salyanda çoban ferma sahibini güllələdi

HADİSƏ

23 Dekabr 2021 | 12:50 | Müəllif: Qalib İbrahimoğlu

Salyanda çoban ferma sahibini güllələdi

Salyan rayonunda silahlı insident olub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Salyan sakini, Misgərli Faiq Böyükağa oğlu rayon ərazisində yerləşən fermer təsərrüfatlarından birində güllələnib. Xəsarət alan şəxs Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Onun çoban tərəfindən güllələndiyi bildirilir.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində yerləşən fermaların birində baş verib.

Fermada çalışan R.Salmanov aralarında yaranmış mübahisə zəminində fermanın sahibi F.Misgərliyə odlu silahdan atəş açaraq xəsarət yetirib.

R.Salmanov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan bir ədəd təklüləli ov tüfəngi maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR