• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanda ateistlərin sayı çoxalır – HARDAN MALİYYƏLƏŞİRLƏR?

CƏMİYYƏT

21 Aprel 2022 | 17:07

Azərbaycanda ateistlərin sayı çoxalır – HARDAN MALİYYƏLƏŞİRLƏR?

Bu gün "islamofobiya" dedikdə həm islam qorxusu, həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı olan nifrət hissi nəzərdə tutulur. Maraqlısı odur ki, islamfobiyaçılar, ateistlər əsasən müsəlmanların inanclarına müdaxilə edir, onları öz inandıqlarına inandırmağa çalışırlar. Müşahidələr onu göstərir ki, Azərbaycanda da atesitlərin sayı zaman keçdikcə artır.

İslamfobiyanın və atesitlərin say etibarı ilə çoxalmasının səbəbi nədir?

İlahiyyatçı Elşad Miri Bakıvaxtı.az-a islamfobiyanın müxtəlif səbəblərindən danışıb:

“İslamfobiyaçılar müsəlmanlara olan nifrətini adətən qarşı tərəfə onu qıcıqlandıraraq bildirirlər. Ateistlərin isə əsas istəyi qarşı tərəfi öz inandıqlarına inanmaq olur. Atesitlər kimlərinsə hansısa dinə mənsub yaşamalarına etiraz əlaməti olaraq müxtəlif addımlar atırlar. Lakin atesit və ya deist olmaq özü də inanc formasıdır. Çünki biri var, inanırsınız və olursunuz “teist”, biri də var, inanmırsınız, olursunuz “atesit”. Bu da inamın başqa bir formasıdır. Biri Allahın olduğuna inanaraq ibadət edir, digəri də Tanrının olmadığına inanaraq nələrsə edir. Deməli, “Ateizm” də inamın formalarından biridir. Çünki onların əlində sübutu, faktı yoxdur”.

İlahiyyatçı bildirib ki, insanlar bəzən fərqlənmək üçün “ateist” olurlar:

“Ateistlərin hansısa ortamda fərqlənmək istəyinin olduğunun şahidi oluruq. Əslində araşdıranda görürük ki, doğrudan da, onun atesit olmasının əsaslı səbəbi yoxdur. Hətta bəziləri ailədə yaşadıqları bir sıra şeylərə görə, ateizmi ortaya atırlar. Səmimi insanlar isə öz dini suallarına cavab tapa bilmədikdə atesit olur”.

E.Miri qeyd edib ki, atesitlərin çoxalmasına səbəb isə sosial şəbəkələrdə öz fikirlərini yaymağa cəhd göstərmələridir:

“Bəzən atesitlərin çoxalmasını xaricdən maliyyələşdirilmələri ilə əlaqələndirirlər. Bu isə heç inandırıcı deyil. Bəzən mənim özümü də “massonluq”la ittiham edirlər. Guya mən xaricdən maliyyələşirəm. Necə ki, atesitlərin “Allah yoxdur” demələrinin bir sübutu yoxdur, onları maliyyələşmə bağlı ittiham etməyin də bir sübutu yoxdur. Sadəcə, belə ola bilər ki, eyni fikirli insanlar bir-birlərinə dəstək olurlar”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR