• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycanda avtomobil istehsalı ARTIB

İQTİSADİYYAT

12 Avqust 2022 | 21:15

Azərbaycanda avtomobil istehsalı ARTIB

2022-ci ilin yanvar-iyul aylarında 295,0 milyon manatlıq maşın və avadanlıqlar, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşqu istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,6 dəfə, maşın və avadanlıqların istehsalı isə 39% artıb.

2022-ci ilin yanvar-iyul aylarında 1210 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,7% və ya 270 ədəd çox minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 25,6 faiz azalıb.


SON XƏBƏRLƏR

28 Mart 2024