• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda bir həftəlik BAYRAM TƏTİLİ BAŞA ÇATDI 

CƏMİYYƏT

03 Iyul 2023 | 00:04 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda bir həftəlik BAYRAM TƏTİLİ BAŞA ÇATDI

Azərbaycanda iyunun 26-dan başlayan bir həftəlik bayram tətili başa çatdı.

Bakıvaxtı.az xəbər verir ki, bu gündən ölkə ərazində iş günü baslayır.

Xatırladaq ki, Qurban bayramı və Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq tətil günləri 26 iyun- 2 iyul tarixlərini əhatə edib.

Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olub.

Qeyd edək ki, 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü, 28 və 29 iyun isə Qurban bayramı idi.

Nərgiz Məmmədli 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR