• Bakı 18° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Azərbaycanda bu İnstitutda insident 

HADİSƏ

18 Oktyabr 2022 | 13:42

Azərbaycanda bu İnstitutda insident

Bakı şəhəri, Nizami rayonunda yerləşən Ağciyər Xəstəlikləri İnstitunda insident baş verib.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 15-də xəstəxanaya gələn 1995-ci il təvəllüdlü R.Əsədov orada müalicə olunan qardaşının yanına keçib onunla görüşmək istədiyini bildirib. Həmin şəxsə palataya keçməyin qadağan olduğu bildirilsə də, R.Əsədov qardaşının vəziyyətinin ağır olduğunu bildirib və içəri keçməkdə israr edib.

O, bıçaqla mühafizəçiyə hücum edərək onu hədələyib. Əraziyə cəlb edilən polis əməkdaşlarının köməkliyi ilə həmin şəxs saxlanılaraq Nizami RPİ-nin 25-ci Polis Bölməsinə aparılıb.

Barəsində protokol tərtib edilən R.Əsədov Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 15 sutka həbs cəzası verilib. /Qafqazinfo


Azərbaycanda bu İnstitutda insident
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026