• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Avtomobildən 3 min manatlıq çanta oğurlandı

HADİSƏ

17 Noyabr 2022 | 12:11

Avtomobildən 3 min manatlıq çanta oğurlandı

Nəsimi rayonunda iki avtomobildən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Səfərəliyeva küçəsində “Land Rover” markalı bir avtomobildən şüşəni sındırmaq yolu ilə 2 ədəd mobil telefon, içərisində 400 manat pul və sənəd olan 3000 manat dəyərində çanta 28 May küçəsində isə “Hyundai” markalı digər avtomobildən eyni üsulla çanta oğurlanıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nəcməddin Hüseynzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026