• Bakı 12° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Azərbaycanda bu məhsul da bahalaşdı

CƏMİYYƏT

03 Dekabr 2022 | 13:45

Azərbaycanda bu məhsul da bahalaşdı

Azərbaycanda uzun və yumru düyünün qiymətlərində bahalaşma müşahidə olunub.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda uzun və yumru düyünün qiyməti ötən ilin oktyabr ayı ilə carı ilin oktyabr ayı ilə müqayisədə artıb.

Uzun düyünün 1 kiloqramının orta qiyməti ötən ilin oktyabr ayı ilə müqayisədə 3,98 manatdan bu il 4,45 manata yüksəlib. Bununla da orta qiymət 56 qəpik, yəni 14,3 faiz artıb.

Yerli uzun düyü ötən illə müqayisədə 82 qəpik, yəni, 19,4% bahalaşaraq, 5,05 manat təşkil edib. İdxal edilən uzun düyünün qiyməti də 38 qəpik, yəni 10,7% artaraq 3,93 manat təşkil edib.

Yumru düyünün qiymətində isə, 1 kiloqram düyünün orta qiyməti ötən ilin oktyabr ayı ilə müqayisədə 42 qəpik, yəni 18,4% artıb və 2,70 manat təşkil edib.

Yerli yumru düyünün qiyməti 39 qəpik, yəni 16,6% bahalaşaraq 2,74 manat, idxal olunan düyünün qiyməti 44 qəpik artaraq, yəni 20% faiz artaraq 2,66 manata yüksəlib.


SON XƏBƏRLƏR