• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bayram günləri polis 176 müraciətə çevik müdaxilə etdi

CƏMİYYƏT

02 Yanvar 2023 | 12:38

Bayram günləri polis 176 müraciətə çevik müdaxilə etdi

Bayram günlərində  - 31 dekabr və 1 yanvar tarixlərində ölkə ərazisində DİN-in “102 Zəng Mərkəzi”nə vətəndaşlardan – jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən daxil olan 176 məlumat üzrə polis əməkdaşları çevik müdaxilə ediblər.  

Bakıvaxtı.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, vaxtında edilən hüquqi müdaxilə nəticəsində faktın hadisəyə çevrilməsinin qarşısı alınıb.

Əsasən sərxoş vəziyyətdə ictimai qaydaya və ictimai təhlükəsizliyə xələl gətirən şəxslər əməllərindən çəkindirilib, onlar barəsində həbs növündə olmayan digər profilaktik tədbirlər görülüb.  

Nazirlik qeyd olunanları nəzərə alaraq, təhlükəsizliyi həyat tərzinə çevirən, vaxtında məlumatlandırmanı təmin edən vətəndaşlara təşəkkür edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR