• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Keçmiş "Real Madrid"li "Sabah"da oynaya bilər

CƏMİYYƏT

02 Yanvar 2023 | 09:20

Keçmiş "Real Madrid"li "Sabah"da oynaya bilər

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Xese Rodrigez karyerasını Azərbaycanda davam etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, vinger “Sabah”la anlaşmağa yaxındır.

Tərəflər artıq bir çox məsələlərdə razılığa gəliblər. Gözlənilməz problem çıxmasa, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.

Hazırda Türkiyə Superliqa təmsilçisi “Ankaragücü”nün heyətində çıxış edən Xese Rodrigez “Real Madrid”in yetirməsidir.

Karyerası ərzində Madrid klubu ilə yanaşı PSJ, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq” kimi klublarda çıxış etmiş 29 yaşlı oyunçu 2022-ci ildən oynadığı “Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR