• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Azərbaycanda bu Qayda təsdiq edildi

GÜNDƏM

25 Sentyabr 2024 | 09:42

Azərbaycanda bu Qayda təsdiq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Uçuş əməliyyatlarına hazırlıq Qaydası”nı təsdiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda “Aviasiya haqqında” qanunun 38-ci maddəsinə, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyanın 6 nömrəli Əlavəsinin I hissəsinə uyğun olaraq hazırlanıb və beynəlxalq, habelə ölkədaxili kommersiya hava daşımalarının həyata keçirilməsində istifadə edilən mülki hava gəmilərinin uçuş əməliyyatlarına hazırlığının təmin olunmasına dair qaydaları müəyyən edir.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026