• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Azərbaycanda dollara tələbat artacaq- Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

İQTİSADİYYAT

01 Iyun 2022 | 14:48 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda dollara tələbat artacaq- Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

2022-ci ilin aprel ayında banklar əhaliyə mart ayı ilə müqayisədə 37% az, 164.16 milyon nağd ABŞ dolları satıblar. Mərkəzi Bankın məlumatına görə, əvəzində isə banklar əhalidən 167.8 milyon nağd dolları alıblar. Bu da öncəki ayla müqayisədə 67% artım deməkdir.

Bu rəqəmlər bizə nə deyir? Dollara tələbat növbəti aylarda daha da arta bilər? İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda aprel ayında, ümumiyyətlə, mart bayramlarından sonra həmişə valyutaya olan tələbat azalıb: “Banklardan alınan dolların həcminin azalması məhz bununla əlaqəlidir. Çox güman ki, yay aylarında məzuniyyət mövsümü başlayandan sonra dollara olan tələbat artacaq”.

Ekspertə görə, bunun pik həddi isə həmişə avqust-sentyabr aylarında olur: “Çünki təkcə məzuniyyət və xarici səfərlərlə əlaqəli yox, həm də təhsil mövsümünün başlanması valyutaya olan tələbatı artırır, çünki təhsil mövsümünün başlanması məhsulların, əsasən, kiçik və orta sahibkarlar tərəfindən ölkəyə gətirilməsi ilə yadda qalır”.

N.Cəfərli qeyd edib ki, ona görə də, çox güman, valyutaya tələbat, təqribən, iyun ayından başlayaraq artmağa başlayacaq: “Sentyabr ayına qədər artan tələbatın şahidi olacağıq”.

Əhalinin daha çox dollar satmasına gəlinvə, N.Cəfərlinin sözlərinə görə,  bunun səbəbi əhalinin “yastıq altında olan ehtiyat vəsaitləri”nə ehtiyacın artmasıdır: “İnflyasiya çox sürətlidir, qiymətlər sürətlə artır. Nəticə etibarilə də, “yastıq altı” yığım üçün nəzərdə tutulan valyuta ehtiyatlarının bazara çıxması müşahidə olunur. İnsanların gəlirləri qiymətlərə adekvat deyil. Qiymətlər daha sürətlə artır və əlavə vəsaitə ehtiyac yaranır. Bu zaman da insanlar saxladıqları pulu manata çevirirlər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026