• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda duru yağlar bahalaşacaq - XƏBƏRDARLIQ (VİDEO)

CƏMİYYƏT

08 Aprel 2022 | 18:24 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda duru yağlar bahalaşacaq - XƏBƏRDARLIQ (VİDEO)

"Veysəloğlu" Şirkətlər Qrupunun distribusiya şirkəti "Veysəloğlu" MMC duru yağların təchizatı üzrə ölkə bazarında "Sunar", "Avedov", "Qidam" kimi markalarla müəyyən bir paya sahibdir.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda davam edən Rusiya-Ukrayna münaqişəsi səbəbilə istehsalatın bütün sahələrində olduğu kimi, duru yağ istehsalında da ciddi bir sıxıntı yaranıb.

"Veysəloğlu" MMC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəhbəri Aynur Həsənzadə, yaranmış vəziyyəti bu cür təsvir edir:

"Duru yağ qiymətlərində müşahidə olunan 30-50%-ə yaxın qiymət artımı Azərbaycan bazarındakı qiymətlərə də müəyyən bir artımla təsir edəcək. Biz "Veysəloğlu" MMC olaraq yarana biləcək çətinliyin qarşısını almaq məqsədilə artıq ehtiyat tədarük etmişik. Nəzərinizə çatdıraq ki, hazırda "Veysəloğlu" MMC tərəfindən distribusiya olunan duru yağ məhsullarının qiymətlərində artım olmayıb, lakin qlobal proseslərin fonunda yuxarıda qeyd olunan iqtisadi təsirlər səbəbilə qiymətlərdə müəyyən qədər artım olacağı gözlənilir".

Qeyd edək ki, dünyada duru yağ istehsalında böyük pay Ukrayna və Rusiya bazarına aiddir. Yaranmış olan vəziyyətlə əlaqədar bir sıra ölkələr müəyyən addımlar atmışdır. Məsələn, Türkiyə ölkə daxilində yarana biləcək sıxıntının qarşısını almaq məqsədilə duru yağ ixracatını dayandırmışdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR