“Həkim reseptlərində dərman vasitələri ilə yanaşı bioloji fəallığa malik qida əlavələrinin adlarını da yazırlar. Bu qida əlavələri də baha olurlar. Xəstəliyi olan şəxs də elə bilir ki, dərmanlar bahalaşıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.
“Qanuna edilən dəyişiklik qəbul edilərsə, elektron resept sistemi yaradılacaq. Bununla da dərmanların dövriyyəsinə nəzarət sistemi güclənəcək. Nəticədə keyfiyyətsiz dərmanların və bioloji fəallığa malik qida əlavələrinin istifadəsi mümkünsüz olacaq”, -deyə nazir müavini bildirib.
Ramid İbrahimov















