• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycanda hərbçi özünü GÜLLƏLƏDİ

HADİSƏ

14 Dekabr 2022 | 16:57

Azərbaycanda hərbçi özünü GÜLLƏLƏDİ

Azərbaycan hərbçisi özünü güllələyərək öldürüb.

Bu barədə Bakıvaxtı.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

Belə ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əsgərli Aslan Əkbər oğlunun dekabrın 14-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq", - məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026