• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - 4 nəfər vəfat etdi

GÜNDƏM

04 Iyun 2021 | 16:46

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - 4 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 123 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 269 nəfər müalicə olunaraq sağalıb, 4 933 nəfər vəfat edib. 3 337 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9585, bu günə qədər isə ümumilikdə 3 551 620 test icra olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026