• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Azərbaycanda polad tökmə və armatur üzrə istehsal həcmi açıqlanıb

İQTİSADİYYAT

21 Mart 2025 | 16:47

Azərbaycanda polad tökmə və armatur üzrə istehsal həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 59,8 min ton polad tökmə istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 min ton və ya 4,9% çoxdur.

Bu ilin martın 1-nə ölkədə hazır məhsul ehtiyatı 3 min ton təşkil edib.

Eyni zamanda, 2025-ci ilin ilk iki ayında Azərbaycanda 69 min ton armatur istehsal edilib ki, bu da illik müqayisədə 10,5 min ton və ya 17,9% artım deməkdir.

Cari ilin martın 1-nə ölkədə hazır məhsul ehtiyatı 47,6 min ton təşkil edib.

Qeyd edək ki, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-fevral aylarında ölkədə 190,9 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 5,9%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 9% azalma müşahidə olunub.

Məqalədə:


SON XƏBƏRLƏR

23 Aprel 2025