Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Qazax və Ağstafa rayonları ərazisində keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə Qazax rayonunda Daş Salahlı kənd icra nümayəndəsi, Daş Salahlı, Çaylı kənd bələdiyyə sədrləri, Ağstafa rayonu ərazisində isə rayon və Zəlimxan kənd bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
10:17
Ağstafa rayonunda vəzifəli şəxslər cərimə edilib.
Bakıvaxtı.az xəbər verir ki, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Ağstafa bələdiyyəsinin sədri Nəsib Hacıyev və Zəlimxan kənd bələdiyyəsinin sədri Elşən Həsənov barəsində inzibati tədbirlər görülüb. Belə ki, hər iki vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye-məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Onlar barəsində protokollar tərtib edilərək məhkəməyə göndərilib. /Qafqazinfo
















