Azərbaycanda zəlzələ olub.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ yerli vaxtla saat 08:09-da Saatlı stansiyasından 21 km cənub-şərqdə Saatlı rayonunda qeydə alınıb.
Yerlatı təkanın maqnitudası 3.7, dərinliyi 50 km olub.
















