Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Xarici İşlər Nazirliyinin Suriya üzrə İdarə rəisi Mustafa Yurdakulu ilə görüşüb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə səfir “X” platformasındakı paylaşımında bildirib.
Səfir görüşün çox məhsuldar keçdiyini qeyd edib: "Biz Suriyaya humanitar yardımla bağlı Azərbaycan və Türkiyə arasında birgə fəaliyyət imkanlarını müzakirə etdik”.