2024-ci ilin yanvar-noyabr aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 10.3% artaraq 1 milyard 222,2 milyon manata çatıb.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərinin həcmi 39.5% artaraq 694,1 milyon manata yüksəlib.
Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 10 ayı ərzində toplanmış hər 100 manat sığorta haqqının 44.9 manatı ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 56.8 manat olub.