İlham Heydər oğlu Əliyev çağdaş Azərbaycanın siyasi paliitrasını bir çox ciddi-tarixi ornamentlərlə zənginləşdirməklə,. ölkənin siyasi sisteminə rasional siyasi davranış modeli,yüksək analitik təfəkkürə və məntiqi mühakimələrə əsaslanan,mütərəqqi ,pozitiv,milli məqsədlərə xidmət edən siyasi reallığa söykənən siyasi fəaliyyət nümunəsi gətirdi,əməli fəaliyyəti və davranışı ilə siyasi mühitə yeni milli meyarlara əsaslanan siyasi mədəniyyət,milli mənəviyyatımıza uyğun siyasi əxlaq və yeni tipli milli-siyasi etika nümunəsi təqdim etdi.Ölkə rəhbərliyi dövründə onun yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə,milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi.Tolerantlıq məkanı kimi tanınan ölkəmiz onun rəhbərliyi dövründə mədəniyyətlərarası və sivilizasiyalar dialoq məkanına beynəlxalq miqyaslı bir çox layihələrin uğurla həyata keçirildiyi modern ölkəyə çevrildi.
2003-cü il oktyabrın 15-də seçicilərin 76 faiz səsini qazanaraq ölkə Prezidenti seçilən Müzəffər Ali Baş Komandan,sonralar 2008-ci ildə 88,3 faiz,2013-cü ildə 84,54 faiz,2018-ci ildə 86,02 faiz,nəhayət 2024-cü ildə səsvermədə iştirak edən seçicilərin 92,12 faiz səsini qazanaraq dövlət başçısı olaraq ölkəni idarə etməkdədir.Sonuncu Prezident seçkiləri ilə bağlı o demişdir: “Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.” - Prezident İlham Əliyev (Milli Məclisdə andiçmə mərasimi, 14 fevral 2024).
Hələ 2013-cü ildə Ulu öndərin oktyabrın birində Azərbaycan xalqına tarixi müraciətində deyilirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”;
Ümumilli liderin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla tətbiq etdiyi ,müstəqil ,milli,demokratik dövlət quruculuğu siyasəti hər şeydən öncə demokratik dəyərlərə əsaslanan və sağlam əməkdaşlıq təməllərini və modern siyasi dialoqu özündə birləşdirir.onun dillər əzbəri olmuş “biz birlikdə güclüyük” fikri yarıməsrlik siyasi kursun ana şüarı olaraq xalqımızın qalib ruhunu təcəssüm etdirməkdədir.
Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür.Siyasi partiyaların qalib Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalanması həmrəylik mühitinin inkişafı ilə yanaşı,dayanıqlı demokratik ənənələrin formalaşmasına xidmət edən yeni keyfiyyətli mütərəqqi təcrübədir.Siyasi mühitdəki yekdil Həmrəylik anonsları mövcud siyasi gücün yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.Cəmiyyətdə bərqərar olan bu sağlam əməkdaşlıq mühitinə toxunan Prezident İlham Əliyev qürurla qeyd edir ki, “Ümumilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.Ümumi məsələlər Qarabağ məsələsidir.Ümumi məsələlər siyasi partiyaların faloyyətidir,demokratiyanın inkişafıdır,iqtisadi azadlıqların bərqərar olmasıdır,ölkəmizin güclənməsidir.Bu gün bu siyasi dialoq aparılır.Mən bunu çox təqdir edirəm.Hesab edirəm ki,ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.Bu fikirlər onu göstərir ki,iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Prezident İlham Əliyevin tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə davamlı şəkildə keçirilən görüşlər demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübədir; 6 noyabr 2005-ci il, 7 noyabr 2010-cu il, 1 noyabr 2015-ci il, 9 fevral 2020-ci il və 1 sentyabr 2024-cü il tarixlərində keçirilmiş parlament seçkiləri ölkədə təkamül yolu ilə demokratik ənənələrin formalaşması prosesinin mühüm tərkib hissəsidir. Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə müxalif siyasi partiyalar qanunvericilik orqanının rəhbərliyində təmsil olunublar. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifəsinə müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər. 10 siyasi partiyanın (Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası) VI çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürü idi. Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilk dəfə olaraq Qarabağ daxil olmaqla Azərbaycanın bütün ərazisində baş tutmuşdur. Milli Məclisə seçilən deputatlardan 68-i Yeni Azərbaycan Partiyasını, 13-ü müxalifət partiyalarını təmsil etmiş, 44-ü bitərəf olmuşdur. 10 müxalifət partiyasından Vətəndaş Həmrəyliyi Partiyası 3 nəfərlə, Ədalət, Hüquq, Demokratiya Partiyası 2 nəfərlə, digər 8 partiyanın (Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, ReAL Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Milli Cəbhə Partiyası) hər biri 1 nəfərlə Milli Məclisdə təmsil olunmuşdur. Milli Məclis sədrinin 1 müavini, 1 komitə sədri, 5 komitə sədrinin müavini, 1 komissiya sədrinin müavini müxalifət partiyasının nümayəndəsi seçilmişdir.
Bu uğurlu daxili siyasət beynəlxalq münasibətlərdə də eyni templə davam etdirilir.Azərbaycanın “Sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində NATO ilə etibarlı və fəal tərəfdaşlıq nümunə göstərməsi Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmizin obyektiv mövqeyi və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüsləri sayəsində beynəlxalq statusunu dayandırmadan artırır.
Artıq Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması birbaşa cənab Prezidentin artan beynəlxalq nüfuzundan xəbər verir. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir; 2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir. Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir.
Azərbaycanın “Sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində NATO ilə etibarlı və fəal tərəfdaşlıq nümunə göstərməsi Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmizin obyektiv mövqeyi və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüsləri sayəsində beynəlxalq statusunu dayandırmadan artırır.Bütün bu deyilənlərlə bərabər indi beynəlxalq münasibətlərdə iki məqam strateji əhəmiyyəti ilə diqqəti daha çox cəlb edir.Birincisi qardaş Türkiyə ilə münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qaldırılması,ikincisi Türk dövlətləri ilə münasibətlərin prioritetlərin prioritetinə çevrilməsidir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirməklə BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərməkdədir.
Həsən Bayramov,
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasınınüzvü,İcmanın Binəqədi rayon Nümayəndəsi, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri və professoru, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki