• Bakı C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.7676

    RUB - 1.6798

Doğuşdan sonra əkiz körpələr vəfat etdi

CƏMİYYƏT

24 Dekabr 2024 | 18:32

Doğuşdan sonra əkiz körpələr vəfat etdi

Cəlilabad rayonunda doğuşdan sonra əkiz körpələr vəfat ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 22 dekabr tarixində saat 23 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə 2002-ci il təvəllüdlü hamilə qadın daxil olub.

Müayinə zamanı 24-25 həftəlik əkiz hamiləlik qeydə alınıb. Qadında vaxtından əvvəl doğuş prosesi başlayıb.

Saat 00:00-da çəkisi 700 qram olan (kişi cinsli) körpə, 00:10-da isə çəkisi 650 qram olan (qadın cinsli) körpə (ekstremal azçəkili dərin yetişməzliklə) doğulub.

Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 23 dekabr tarixində ölüm faktı qeydə alınıb.


SON XƏBƏRLƏR

24 Dekabr 2024