• Bakı 19° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Məktəblilər "Azərbaycanfilm"də - FOTOLAR

CƏMİYYƏT

23 Yanvar 2025 | 17:35 | Müəllif: Qalib İbrahimoğlu

Məktəblilər "Azərbaycanfilm"də - FOTOLAR

Bu gün XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 3-cü sinif şagirdləri "Azərbaycanfilm" kinostudiyasında olublar.

Bakıvaxtı.az xəbər verir ki, kinostudiyanın Aparat rəhbəri Azad Axundov şagirdlərə sənət ocağı haqqında məlumat verib. "Azərbaycanfilm" kinostudiyasını Azərbaycan mədəniyyətinin milli sərvəti adlandıran aparat rəhbəri onlara çəkiliş prosesindən də söhbət açıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ramilə Qurbanlı Azərbaycan kinosunun və "Azərbaycanfilm"in tarixindən danışıb.

Sonra birlikdə kinostudiyaya ekskursiya həyata keçirilib. Uşaqlar "Azərbaycanfilm"in pavilyonları, geyim və rekvizit sexləri ilə tanış olublar. Sevdikləri kino və cizgi filmi personajlarının əlbisələri, rekvizitləri uşaqlar tərəfindən maraqla qarşılanıb.

Kinostudiyanın işçiləri şagirdlərin kino və çəkilişlər barədə müxtəlif suallarını cavablandırıblar. Balaca qonaqlar səsyazma otağında xorla mahnı oxuyub və sonra öz səslərini dinləyiblər.

Dövlət Film Fondunun əməkdaşı Rəşad Qasımovun filmlərin saxlanma qaydası barədə məlumatından sonra məktəblilərə "Baharın oğurlanması" cizgi filmi nümayiş etdirilib.


Məktəblilər "Azərbaycanfilm"də - FOTOLARMəktəblilər "Azərbaycanfilm"də - FOTOLARMəktəblilər "Azərbaycanfilm"də - FOTOLARMəktəblilər "Azərbaycanfilm"də - FOTOLARMəktəblilər "Azərbaycanfilm"də - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR