Cənubi Koreya Daxili İşlər Nazirliyi ölkədə əhalinin 20 faizinin 65 və daha yuxarı yaşda olan insanlardan ibarət olduğunu bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, qurum , Cənubi Koreyanın “super yaşlı cəmiyyət” kateqoriyasına aid olduğunu açıqlayıb.
Qeyd edək ki, 2008-ci ildə 4,94 milyon nəfər olan ölkədə yaşlı əhalinin sayı 2019-cu ildə ölkə əhalisinin 15 faizini ötüb.
Bu ilin əvvəlində ahıllar əhalinin 19,05 faizini təşkil edib.
Əli Hüseynov