Livan ordusunun komandanı, general Cozef Aun Türkiyənin ölkədəki səfiri Murad Lütem və hərbi attaşesi Erdinç Durmazla Yarzedəki ofisində görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyinin (NNA) məlumatında deyilir.
Söhbət zamanı Livan və regiondakı ümumi vəziyyətin müzakirə edildiyi bildirilir.
Hər iki ölkənin orduları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, həmçinin Livan ordusu ilə BMT-nin Livandakı Müvəqqəti Qüvvələri - UNIFIL arasında koordinasiya məsələləri müzakirə edilib.