Ötən il Almaniya əhalisinin sayı100 min nəfər artaraq 83,6 milyon nəfərə çatıb.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu, Almaniya Federal Statistika İdarəsinin (Destatis) 2024-cü ildə əhalinin artımı ilə bağlı yaydığı məlumatda yer alıb.
Məlumata görə, 2024-cü ildə ölkə əhalisi xaricdən daha az immiqrasiya səbəbiylə cəmi 100 min nəfər artıb. Beləliklə, əhalinin sayı 83,6 milyon nəfərə yüksəlib.
2024-cü ildə həm doğum sayı, həm də ölənlərin sayı təxminən2,5 faiz azalıb.
Qeyd edək ki, Almaniyanın əhalisi 2023-cü ildə əhəmiyyətli dərəcədə artan xalis köç səbəbiylə təxminən 340 min adam artmışdı.
Gülşən Şərif