Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib.
Bakıvaxtı.az xəbər ki, bu barədə Yazıçılar Birliyindən bildirilib.
Şair bu gün ürək çatışmazlığından dünyasını dəyişib.
Əli Səfiyev (Vəkil) 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olub. Orada Şişqaya kənd orta məktəbini bitirib. İrəvanda Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlayıb.
Onun ilk şeirləri “Sovet Ermənistanı”, “Ədəbi Ermənistan” almanaxında çap olunub. İlk kitabı 1963-cü ildə İrəvanda işıq üzü görüb. “Sona bulağı” kitabı şairin oxucunlarnla ilk görüşü olur. 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Zəfər çələngi” (1967), “ İki günəş” (1971), “Doğma Yollar” (1979), “ Ata həsrəti” ( 1979), “Göyərçinlər” ( 1983), “Yeddi dağ” ( 1984), “Şəlalə” (1988), “Ana qayğısı” (1991) kimi kitabları onun sovet dövrü yaradıcılığını əks etdirir.
Nuranə Daxilqızı
















