• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərbaycanda “TURKOVAC” kimlərə vurulacaq?

CƏMİYYƏT

09 Mart 2022 | 12:59

Azərbaycanda “TURKOVAC” kimlərə vurulacaq?

Türkiyə istehsalı “TURKOVAC” vaksininin kimlərə vurulacağı məsələsinə aydınlıq gətirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov klinik sınaqlar üçün 15 aylıq dövrün olduğunu bildirib.

Onun sözlərinə görə, koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin olunan şəxslər könüllü olaraq müəyyən ediləcək (report). Baş direktor deyib ki, könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi patologiyalar araşdırılacaq.

"Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğun protokollaşdırdıqdan sonra həmin könüllülərin buster doza şəklində kliniki sınaq mərhələsində iştirak edəcək”, - deyə A.Həsənov bildirib..


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026