• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Havadan gələn təhlükə: bu durumda neynəməli?

CƏMİYYƏT

08 Aprel 2022 | 12:39 | Müəllif: Qalib İbrahimoğlu

Havadan gələn təhlükə: bu durumda neynəməli?

Son günlərdə havanın kəskin dəyişkənliyi əsasən orta və yaşlı nəsil nümayəndələri arasında ağrıların yaranmasına səbəb olur. Hava dəyişkənliyi daha çox hansı xəstəliyi olan şəxslərə təsir edir və bu şəraitdə nə etmək lazımdır?

Azərbaycan Tibb Universitetinin həkim-terapevti Cavanşir Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, hava dəyişkənliyindən daha çox meteohəssas insanlar təsirlənir: “Havanın isti və ya soyuq keçməsinin insanlara təsiri geniş anlayışdır. Burada meteohəssas və praktik sağlam insanlardan söhbət gedir. Pratik sağlam insan istənilən hava şəraitinə uyğunlaşa bilir. Lakin meteohəssas şəxslər normal hava şəraitinə belə uyğunlaşa bilmirlər. Belə insanlarda həm psixoloji, həm orqanizmin fizioloji nöqteyi-nəzərindən diqqəti çəkən dəyişikliklər yaranır”.

Onun sözlərinə görə, havanın indiki dönəmdə dəyişkən olması da insanlara pis təsir göstərir: “Çünki Novruz bayramı ərəfəsində hamı havanın istiləşəcəyini gözləyərkən, əksinə soyuq olması, hətta bəzi ərazilərdə qar yağması insanların psixologiyasına da, sağlamlığına da mənfi təsir göstərdi”.

Cavanşir Məhərrəmov: Havanın indiki dönəmdə dəyişkən olması insanlara pis təsir göstərir

Cavanşir Məhərrəmov qeyd edib ki, havanın belə dəyişkənliyi səbəbilə asma, allergik və digər bu kimi xəstəliklər meydana çıxır: “Təbii ki, ürək-damar sistemində problem olan şəxslər də bu durumdan nəsibini alır. Ürək-damar problemi olanlarda belə hava dəyişkənliyində təzyiq oynaması, başda, boyunda ağrıların yaranması, baş gicəllənməsindən əziyyət çəkir”.

Belə hava şəraitində həssas insanların mümkün qədər hava ilə təmasını kəsməsini məsləhət görən həkim-terapevt bildirib ki, bu kimi durumlarda evdə vaxt keçirmək məsləhətlidir: “Belə hava şəraitində adətən revatizm xəstələri də oynaqlarda ağrıların yaranmasından əziyyət çəkir. Yuxarıda sadaladığım digər xəstəliyi olan şəxslər də mövsümi xarakterli profilaktik müalicələrinə başlasalar, daha məqsədəuyğundur. Revmatizm xəstələri adətən yüngül dərman preparatları ilə ağrıları yola verirlər. Amma belə etmək doğru deyil. Böyük nəticə əldə etmək üçün müalicə olunmaq şərtdir. Onsuz da hava dəyişkənliyinə qarşı həssaslığın elə də qeyri-adi qarşısıalınan tədbiri yoxdur. Qeyd etdiyim kimi, maksimum dərəcədə hava ilə kontaktı dayandırmaq lazımdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026