• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanlı şərqşünas ərəb mediasında Qarabağdan yazdı

CƏMİYYƏT

11 Fevral 2022 | 16:39 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanlı şərqşünas ərəb mediasında Qarabağdan yazdı

İordaniyanın “Nayruz”, “Orobanews”, həmçinin Əlcəzairin “Cəzairinfo” portallarında Qarabağın turizm potensialı barədə məqalə dərc olunub.

Bakıvaxtı.az xəbər verir ki, azərbaycanlı şərqşünas Həşim Məmmədovun müəllifi olduğu məqalədə işğaldan azad edilən torpaqlarımızın zəngin təbii ehtiyatlarının ölkəmizin iqtisadi qüdrətinin artmasına əhəmiyyətli töhfə verəcək sahələrindən birinin də turizm sektoru olduğu, uzun illər işğalçı Ermənistanın bu əraziləri saxta xəritələrdə özününkü kimi göstərmək istədiyi diqqətə çatdırılıb.

Müəllif qeyd edib ki, sovet dövründə ümumittifaq əhəmiyyətli turizm marşrutlarından biri olmuş Qarabağda Şuşanın balneoloji mərkəzləri, kanat yollarının çəkilməsi üçün planlar mövcud olub. Bu bölgədə dini, ekoloji, aqroturizm, eləcə də turizmin digər növləri üçün əlverişli imkanlar var. Təkcə Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur.

Məqalədə Xudafərin körpüsü, Azıx mağarasının gələcəkdə ərəb turistlər üçün mühüm marşrut ola biləcəyi, dağıdılmış mədəni-tarixi abidələrimizin bərpasından sonra həmin məkanlara turların təşkilinin mümkün olacağı qeyd olunub.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, yeni istismara verilən Füzuli Beynəlxalq Aeroportu gələcəkdə Qarabağa təyyarə ilə turlar təşkil etməyə imkan verəcək. Xüsusən, ərəb tur şirkətləri ilə yerli tur şirkətləri arasında, həmçinin dövlətlərarası sazişlərin imzalanması mühümdür.

Yazıda Azıx mağarası, habelə Qarabağda UNESCO-nun Dünya İrs Siyahısına düşə biləcək çoxlu sayda abidələr barədə məlumat verilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026